21 avqust 2012 11:37
Yunanıstan mətbuatı: Sialmas artıq Bakıdadı
Yunanıstanın AEK klubunun hücumçusu Dimitris Sialmasın hazırda artıq Bakıda olduğu bildirilir. Azerisport.az xəbər verir ki, Yunanıstan mətbuatı onun Azərbaycan paytaxtında “Bakı” ilə danışıqlar apardığını iddia edir.
Maraq üçün qeyd edək ki, ötən gün Yunanıstan klubunun onun transferinə icazə vermədiyi bildirilirdi. Bu üzdən o, hətta komandasının məşqlərinə qatılmaqdan imtina etmişdi. Amma yunan jurnalistlər indi də Sialmasın Bakıda olduğunu və müqavilə bağlamağa hazırlaşdığını bildirirlər.
