21 avqust 2012 11:56
Ansi Aqolli: Qara Qarayevin meydandan qovulması bizim lehimizə oldu
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Premyer Liqanın 3-cü turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 6:1 hesabıyla qazandıqları görüşlə bağlı öncə bunları dilə gətirib:
“Bu oyunun yekun nəticəsi heç də bizim gözlədiyimiz kimi alınmadı. Əlbəttə, qələbə qazanmaq istəyirdik və buna inanırdıq. Amma hesabın 6:1 hesablı olacağını düşünmürdük. Bu, bizim hamımız üçün əla bir nəticədi”.
“Bu oyunun yekun nəticəsi heç də bizim gözlədiyimiz kimi alınmadı. Əlbəttə, qələbə qazanmaq istəyirdik və buna inanırdıq. Amma hesabın 6:1 hesablı olacağını düşünmürdük. Bu, bizim hamımız üçün əla bir nəticədi”.
Albaniyalı müdafiəçinin sözlərinə görə, qarşılaşmanın ilk hissəsi daha çətin alınıb: “Rəqib komanda matçın əvvəllərində azlıqda qaldı. Amma həmin ana qədər sumqayıtlılar çox yaxşı təsir bağışlayırdılar. Lakin biz hesabı 2:0 etdikdən sonra, hər şey istədiyimiz kimi getməyə başladı. Bu da bizi qane etməyə bilməzdi”.
Ötən mövsüm “Qarabağ” bu komanda ilə oyunlarda qələbə qazana bilməmişdi. Əksinə bir oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Ağdam təmsilçisi ikinci görüşdə də məğlubiyyətlə üzləşmişdi – 1:2. Maraqlıdı ki, Aqolli bu mövsüm qazandıqları qələbəni həmin xal itkilərinin revanşı saymır: “Mümkündü ki, bu hesaba görə bizim revanş aldığımızı düşünsünlər. Amma biz revanş almağa yox, sadəcə qələbə qazanmağa çalışırdıq. “Sumqayıt” ötən mövsüm bizə həqiqətən də gözlənilməz oyun sərgiləmişdi. Bu dəfə isə biz daha yaxşı və səhvsiz oynadıq ki, nəticəyə də təsirsiz ötüşmədi. Baxmayaraq ki, rəqibin də hər hücumu qolla nəticələnə bilərdi. Buna görə də maksimum diqqətli oynamağa çalışırdıq. Bizim heyətimizdə Qara Qarayevin meydandan qovulması rəqibin daha da açılmasına səbəb oldu. Bu da bizim lehimizə olan məqamlardan idi”.
“Qarabağ”ı növbəti turda “Rəvan”la oyun gözləyir. Aqolli qarşıdakı matça da toxunub: “Mövsümlərarası fasilədə “Rəvan”da xeyli dəyişikliklər olub. Ona görə də bu komanda haqda hələ dəqiq nəsə deyə bilmərəm. Onların yalnız “Bakı” ilə oyununu izləmişəm. Həmin qarşılaşmada heç də pis təsir bağışlamırdılar. Hesabı da onlar açdılar. Amma biz onları daha yaxından tanımağa çalışacağıq. İstənilən halda “Qarabağ”ın qələbə seriyasının növbəti turda da davam etməsini istəyirik”.
