21 avqust 2012 00:24
Rahid Əmirquliyev: XL mövsümün startında bu qədər xal itirməyi planlaşdırmamışdı
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 3-cü turunun “İnter”lə oyunundan (0:0) azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə səfər matçı barədə nə deyə bilərsiz?
- Çətin və gərgin oyun alındı. “İnter”lə oyunlarımız həmişə belə olur. Hər iki komandanın fərqlənmək şansları oldu. Demək olar ki, bərabər səviyyəli bir oyun idi.
- Çətin və gərgin oyun alındı. “İnter”lə oyunlarımız həmişə belə olur. Hər iki komandanın fərqlənmək şansları oldu. Demək olar ki, bərabər səviyyəli bir oyun idi.
- Amma rəqib komandada belə qol vəziyyətləri daha çox idi...
- Son dəqiqələrdə Eder Bonfim də yüz faizli qol epizodunu dəyərləndirə bilmədi. Halbuki, onu vura bilsəydi, hər şey həll olunacaqdı.
- Komandanız bu heç-heçədən razı görünür...
- Nəticə oyuna görə oldu. Burda nədən narazı qalmaq olar ki? Nəzərə alsaq ki, çempionatın favoritlərindən birinə qarşı oynayırdıq, qarşılaşma səfər idi, heç-heçə normal nəticədi. Baxmayaraq ki, oyundan öncə mən heç-heçəyə də razı deyildim.

- Sizcə, “Xəzər Lənkəran”ın hazırkı oyunu necədi?
- Heç də pis oynamadığımızı düşünürəm. Bu oyun da səfərdə keçirilirdi. Başqa nə gözləmək olardı ki?
- Heç də pis oynamadığımızı düşünürəm. Bu oyun da səfərdə keçirilirdi. Başqa nə gözləmək olardı ki?
- Deməli, kapitan kimi, komandanın çıxışından tam razısız?
- Etiraf edim ki, oyunumuzda hələ də müəyyən çatışmazlıqlar var ki, onları aradan qaldırmaq lazımdı. Fikrimcə, növbəti turlarda bütün bunlar yoluna düşəcək.
- Etiraf edim ki, oyunumuzda hələ də müəyyən çatışmazlıqlar var ki, onları aradan qaldırmaq lazımdı. Fikrimcə, növbəti turlarda bütün bunlar yoluna düşəcək.
- Üç turdan sonra XL artıq 4 xal itirib. Çempionluq uğrunda mübarizə aparan komanda üçün bu, çox deyilmi?
- Mövsümə daha yaxşı start verməyimizə “Rəvan”la heç-heçə mane oldu. Son qarşılaşmada yenə süni qazonda oynamalı olduq. Hansı ki, buna o qədər də alışmamışıq. Əlbəttə, biz mövsümün startında bu qədər xal itirməyi planlaşdırmamışdıq. Amma digər favoritlərdə də oxşar durumdu və qarşıda bütöv bir mövsüm var.