21 avqust 2012 00:53
Neftçini APOEL-lə oyunlara Böyükağa Hacıyev hazırlayır
Uzun müddətdi səhhətindəki probelmlər səbəbindən “Neftçi”dən ayrı düşən Böyükağa Hacıyev komandasının başına dönüb. Azerisport.az xəbər verir ki, baş məşqçi ilk dəfə komandanın ötən gün baş tutan məşqinə rəhbərlik edib.
Artıq “Neftçi”ni APOEL-lə oyunları kimin çıxaracağı da məlumdu. Avropa Liqasının pley-off mərhələsində Kipr klubu ilə hər iki oyunda komandaya Hacıyevin özü rəhbərlik edəcək. Həmçinin APOEL-lə oyundan əvvəl – avqustun 22-də keçiriləcək mətbuat konfransına da baş məşqçi özü çıxacaq.
Qeyd edək ki, “Neftçi”nin Avstriya toplanışından sonra səhhətində problemlər yaranan Hacıyev bir müddət əvvəl Moskvada əməliyyat olunmuşdu. Bu səbəbdən komandaya Çempionlar Liqasının “Zestafoni” (Gürcüstan) və “Hapoel” (Kiryat Şmona) oyunlarında, həmçinin Premyer Liqanın “Qarabağ” və “Qəbələ” matçlarında Tərlan Əhmədov rəhbərlik edib.
