22 avqust 2012 00:46
Böyükağa Hacıyev: APOEL-in də zəif nöqtələri var və bundan yararlanmalıyıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisort.az saytına müsahibəsində sağlıq durumundan, eləcə də Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Kipr APOEL-i ilə oyunlardan danışıb.
- Özünüzü necə hiss edirsiz?
- Necə görünürəm? (gülür). Allaha şükürlər olsun ki, hər şey yaxşıdı. Son bir ay mənim üçün çox ağır keçdi. Çox şadam ki, nəhayət komandamın sükanı arxasına qayıda bildim. Bu, mənim üçün çox vacibdi.

- Çoxları sizin sıraya daha gec dönəcəyinizi güman edirdi...
- Siz elə bilirsiz ki, belə bir anda mən komandadan ayrı qala, evdə otura bilərdim? Bəs mən sonra klub prezidenti Sadıq Sadıqovun gözlərinə necə baxa bilərdim? Yaxud öz məşqçi həmkarlarımın, azarkeşlərimizin olsun. Mənim sağlıq durumumla maraqlanan jurnalistlərin, ailəmin də həmçinin. Mən onların hamısına görə geri qayıtmağa borclu idim.
- Bəs həkimlər nə deyir?
- Əgər qadağa qoysaydılar, məşqlərdə olmazdım. Ondansa, gəlin APOEL ilə oyunlardan danışaq. Çünki bizi mövsümün ən çətin oyunu gözləyir.
- “Neftçi” Kipr klubunu keçməyə nə dərəcədə qadirdi?
- Məğlubedilməz komanda yoxdu. Mən kiprlilərin iştirak etdiyi iki oyuna baxmışam. Dinamik komandadı, çox pressinq edirlər. Heyətlərində yaxşı qolçu oyunçular var. Mobil yarımmüafiə xətti var. Amma hər bir komandanın zəif yerləri var. Biz də kiprlilərin zəif nöqtələrindən yararlanmağa çalışacağıq.

- Sizi ilk oyunda hansı nəticə qane edəcək?
- Qol vurub buraxmayacağımız istənilən hesablı nəticə. Bakıdakı oyunda xoşbəxtliyi hücumda axtarmalıyıq.

- Yəni “Neftçi” iki dəfə ÇL-in qrup mərhələsində çıxış etmiş bu komandadan çəkinmir?
- APOEL güclüdü. Amma biz də sıradan komanda deyilik. Rəqib mütləq kimə qarşı oynadığını anlamalıdı. Biz Azərbaycanı layiqli şəkildə təmsil edirik. “Neftçi”nin şansı var. Özü də bu, heç də az deyil. Sadəcə, özümüzə inanmağımız lazımdı. “Zestafoni”yə qarşı oynadığımız kimi mübarizə aparmalıyıq.

- “Neftçi”nin “Qəbələ” ilə çempionat oyununu izləmisiz?
- Komanda sadəcə möhtəşəm oynadı. Mən “Zestafoni” və “Hapoel”lə oyunları da izləmişəm. İsrail təmsilçisi ilə oyunlarda bir qədər susqun təsir bağışladıq. Amma həmin uğursuzluğu unutdurmaq imkanımız var. İndiki rəqibimiz əvvəlkilərdən zəif deyil. Sadəcə, maksimum gücümüzü qoymalıyıq.

- Artıq klub rəhbərliyi ilə yeni mövsüm üçün hədəfləri müzakirə etmisiz?
- Burda nədənsə danışmağa da ehtiyac yoxdu. Biz həm çempionatda, həm də kubokda qələbəyə oynayacağıq. Amma hazırda daha vacib işimiz, missiyamız var. Biz APOEL-i məğlub etməliyik.