22 avqust 2012 00:55
APOEL daha bir citti itki ilə üzləşdi
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə ilk oyunu öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Nikosiya təmsilçisinin son məşqlərindən birində yarımmüdafiəçi Qustavo Manduka zədələnib.
Onun zədələnməsinə səbəb kimi komandanın süni qazonda məşq etməsi göstərilir. Hansı ki, bu komanda “Dalğa Arena”ya alışmaq üçün məşqlərini məhz süni qazonda həyata keçirir. Manduka bu üzdən qarşıdakı oyunu buraxmalı olacaq.
Xatırladaq ki, APOEL-in heyətində hazırda Aylton və Esteban Solarinin də zədəsi var. Onlarla yanaşı qapıçı Panos Konstantinunun da Bakıdakı oyunda iştirakı sual altındadı.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
