22 avqust 2012 13:18
APOEL Neftçiyə qarşı hansı heyətlə mübarizə aparacaq?
Kiprin APOEL klubu artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, Nikosiya klubu Azərbaycan paytaxtına 22 futbolçu ilə təşrif buyurub:
Qeyd edək ki, kiprlilər “Neftçi” ilə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa 3 itki ilə çıxacaqlar. Belə ki, rəqibin heyətində Qustavo Manduka, Aylton və Esteban Solari Bakıdakı oyunda iştirak edə bilməyəcəklər.
APOEL-in Bakıya gətirdiyi heyətə daxil olan futbolçuların siyahısı isə belədi:
Qapıçılar: 22. Dionisios Çiotis, 78. Urko Pardo, 88. Tasos Kissas;
Müdafiəçilər: 5. Mixael Klukovski, 15. Marios Antoniades, 19. Marios İlia, 25. Andreas Xristofides, 27. Harits Borda, 28. Mario Serxio, 30. Zuela, 31. Helder Sousa;
Yarımmüdafiəçilər: 10. Konstantinos Çaralambides, 11. Nektarios Aleksandru, 12. Aldo Adorno, 17. Marinos Satsias, 18. Selim Benaşur, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 77. Athos Solomu;
Hücumçular: 7. Mario Budimir, 46. Efstathis Aloneftis.
Kipr mətbuatı məhz bu heyətə əsasən baş məşqçi İvan Yovanoviçin Bakıdakı oyunda hansı heyətə üstünlük verəcəyini də müəyyənləşdirib. Onların fikrincə start heyətdə Çiotis, Bardo, Zuela, Aleksandru, Serxio, Pintu, Moraes, Benaşur, Çaralambides, Adorno və Aloneftisin xidmətindən yararlanacaq.
