22 avqust 2012 13:26
Bəxtiyar Soltanov özünə yeni iş yeri tapdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Bəxtiyar Soltanova özünə yeni klub tapmağı məsləhət görməsi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq Bəxtiyarın yeni komandası müəyyənləşib.
Belə ki, o, bundan sonra karyerasını “Kəpəz”də davam etdirəcək. Maraqlı məqam ondan ibarətdi ki, “Kəpəz”in yeni baş məşqçisi Mahmud Qurbanovla Soltanov vaxtilə komanda yoldaşı olublar. Onlar bir müddət “Bakı”da çiyin-çiyinə mübarizə aparıblar.
Bu gün Bəxtiyar “Qarabağ”dan transfer vərəqini alaraq Gəncəyə yollanacaq. Onun yeni klubu ilə bir illik müqavilə imzalaması gözlənilir.
