22 avqust 2012 01:27
Mirhüseyn Seyidov: Böyükağa Hacıyevin dönüşü bizə əlavə güc qazandırıb
“Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Böyükağa Hacıyevin dönüşü təbii ki, bizə əlavə güc qazandırıb. Komandada əla atmosfer hökm sürür. İnanıram ki, APOEL ilə ilk oyun “Neftçi” üçün uğurlu olacaq. Bütün azarkeşləri oyuna dəvət edirəm. Fanatlar bizi tənha qoya bilməzlər”,
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
