22 avqust 2012 13:37
İtaliya futbolunda yenilik
İtaliya futbolunda inqilab effekti yaradan qərar qəbul edilib. Azerisport.az xəbər verir ki, İtaliya Futbol Federasiyası bundan sonra A Seriyası klublarının oyunlar zamanı 12 ehtiyat futbolçunun xidmətindən yararlana biləcəyini açıqlayıb.
Belə ki, bundan sonra oyunun protokoluna 18 yox, 23 oyunçunun adı salınacaq. 11 nəfər meydana çıxdığı halda, 13 nəfər ehtiyatda qalacaq. Federasiyadan bildirilib ki, tədricən bu qərar aşağı liqalarala da aid ediləcək.
Qeyd edək ki, böyük futbolda adətən yoldaşlıq oyunları istisna olmaqla adətən 7 ehtiyat oyunçuya icazə verilir. Dünya və Avropa çempionatlarında yığma komandalara da ehtiyat oyunçulara limit qoyulmurdu.
