22 avqust 2012 01:45
Millimizin baş məşqçisi: Heyətlə bağlı müəyyən problemlərimiz var idi
19 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduğumuz görüşü belə şərh edib:
“Ümumilikdə, pis oynamadıq. Təəssüf ki, yaratdığımız təhlükəli epizodlarda qol vura bilmədik. Moldova yığmasının qol imkanları az olsa da, iki standart vəziyyətdə fərqlənməyi bacardılar. Heyətlə bağlı müəyyən problemlərimiz var idi. Növbəti oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq”.
