22 avqust 2012 01:53
Təbriz Həsənov: Qol imkanımız çox olsa da, onların ikisindən yararlana bildik
Litvanın Palanqa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Latviya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldiyimiz görüşü belə şərh edib:
“Gərgin oyun oldu. Qol imkanlarımız çox olsa da, onların ikisindən yararlana bildik. Rəqib əsasən bizə hava mübarizələrində çətinlik yaradırdı. Bununla belə, turnirin ilk oyununda qələbə qazana bildik”.
