22 avqust 2012 14:07
Sialmas Xəzər Lənkərana keçmək üçün AEK-ə 30 min avronu özü ödəyəcək
Yunanıstanlı hücumçu Dimitris Sialmasın hansı klubumuza keçəcəyi aydınlaşıb. Azerisport.az xəbər verir ki, artıq ölkəmizdə olan bu futbolçu “Xəzər Lənkəran”a keçmək üzrədi.
Belə ki, onun cənub klubunun düşərgəsinə qoşulduğu bildirilir. Halbuki, son günlərə qədər Sialmasın daha çox “Bakı”ya keçidi gündəmdə idi.
Yunan forvard onun Azərbaycan klubuna transferinə razılıq verməyən AEK-ə kompensasiyanı da özü ödəyəcəyi məlum olub. Belə ki, o, son klubuna 30 min avro ödəməlidi.
Maraq üçün qeyd edək ki, 1986-cı ildən anadan olan Sialmasın ilk peşəkar klubu 2005-2006 mövsümündə çıxış etdiyi “Ethnikos Asteras” klubu olub. 2006-2008-ci illər aralığında isə o, “Panionios”un şərəfini qoruyub (24 oyun, 6 qol). 2008-2009 mövsümündə “Ethnikos Piraeus”da 18 oyun keçibi, 7 qola imza atıb. 2009-cu ildə isə onu “PAS Giannina” transfer edib. Sialmas 2011-ci ilə qədər çıxış etdiyi bu komanda 35 oyun keçirib, 18 qol vurub. Həmin müddətdə o, icarə əsasında “Olympiakos”da da oynayıb – 9 oyun, 3 qol. Son klubu AEK-də isə 20 oyun keçirib, 4 qola imza atıb.
