22 avqust 2012 14:33
“Onlar Azərbaycanda necə oynamaq lazım olduğunu bilmirdilər”
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az saytına müsahibəsində komandasının Premyer Liqanın cari mövsümündəki çıxışını dəyərləndirib, eləcə də “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-inə qarşı keçirəcəyi oyunlardan danışıb.
- AZAL-ın mövsümə startını uğurlu saymaq olar? 3 oyuna 7 xal və liderlik...
- Start, əlbbətə ki, yaxşıdı. Amma onu da nəzərə almaq lazımdı ki, biz hələ çempionatın əsas favoritləri ilə qarşılaşmamışıq. Hər bir komandadan sürpriz gözləməyə dəyər.
- Son turda “Kəpəz” üzərində qazandığınız qələbə (2:0) barədə nə deyə bilərsiz?
- Gəncədə biz yaxşı oynadıq. Özümüzü yaxşı tərəfdən göstərə bildik. Ümumiyyətlə, hazırda komandamız çox əla oyun sərgiləyir. Nəhayət ki, biz əsl komanda oyunu göstərə bilirik.
- Gəncədə biz yaxşı oynadıq. Özümüzü yaxşı tərəfdən göstərə bildik. Ümumiyyətlə, hazırda komandamız çox əla oyun sərgiləyir. Nəhayət ki, biz əsl komanda oyunu göstərə bilirik.
- Amma ilk turda ötən mövsümün ən zəifi olmuş “Sumqayıt”ı məğlub edə bilmədiniz...
- Heç özüm də bilmirəm ki, həmin oyunda necə qələbə qazana bilmədik. Sumqayıtda xal itirməməliydik. Amma görünür, komandamızın yeni transferləri hələ Azərbaycanda necə oynamaq lazım olduğunu bilmirdilər.
- Mövsümü sizin özünüz üçün də uğurlu saymaq olar: üç oyuna üç qol...
- Burda nə demək olar? Mən həmişə etməli olduğumu edirəm. Bu isə hərdən öz bəhrəsini verir. Baxmayaraq ki, hər oyunda qol vurmaq istəyirəm (gülür). Hazırda bizim əla məşqçimiz var. O, futbolçulardan nə tələb etmək lazım olduğunu yaxşı bilir. Hesab edirəm ki, onun rəhbərliyi altında bu mövsüm AZAL üçün çox yaxşı alınacaq.
- Növbəti turda sizi son çempion “Neftçi” ilə oyun gözləyir. Amma mümkündü ki, bu oyun rəqib komandanın Avropa Liqasındakı çıxışı ilə əlaqədar təxirə salınsın. Bu, sizin xeyrinizə olar, yoxsa əksinə?
- Əlbəttə, oyunun məhz təyin olunan vaxtda keçirilməsi daha yaxşı olardı. Amma “Neftçi” üçün bir həftə ərzində üç oyuna çıxmaq həqiqətən də asan olmayacaq. Yenə də oynasaq, bizim üçün əla olardı. Oynamasaq da belə, vəziyyəti başa düşürük.

- Sizcə, “Neftçi” APOEL ilə oyunlarda uğur qazana biləcək?
- Mən “Neftçi”nin əvvəlki oyunlarını görmüşəm. Deyə bilərəm ki, onların yaxşı heyəti var. Flavinyo, Julius Vobay və digər oyunçuları fərqləndirmək olar. Amma yeni futbolçulara hələ də vaxt lazımdı ki, daha yaxşı uyğunlaşa bilsinlər. İnanıram ki, onlar ilk oyunda qələbə qazana biləcəklər. Baxmayaraq ki, ÇL-in ötən mövsümündə ciddi uğurlara imza atmış bir komanda ilə oynayacaqlar. Hesab edirəm ki, indiki halda rəqibin kimliyinin önəmi yoxdu. Əgər oyuna tam olaraq köklənə bilsələr, öz oyunlarını sərgiləyə bilsələr, uğur qazana bilərlər.