22 avqust 2012 15:02
Qarabağ Rəvanla oyunun hazırlıqlarını davam etdirir
“Qarabağ” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, “Sumqayıt” üzərində 6:1-lik qələbədən sonra komandanın baş məşqçisi Qurban Qurbanov komandaya 1 günlük bayram istirahəti vermişdi.
Artıq hazırlıqlara start verən ağdamlılar gündə 1 dəfə olmaqla məşqlərini Suraxanı stadionunda keçirirlər. Sonuncu oyunda qırmızı vərəqə alan Qara Qarayev “Rəvan”la oyunu buraxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu avqustun 24-də 20:00-da Mərdəkanda, “Dalğa Arena”da baş tutacaq.
