22 avqust 2012 15:28
APOEL-in Neftçi ilə oyun üçün start heyəti
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
Kiprli həmkarlarımızın fikrincə, baş məşqçi İvan Yovanoviç Bakıdakı oyuna aşağıdakı heyəti buraxacaq:
Dionisis Xiotis – Harits Borda, Zuela, Mario Serxio, Mixael Klukovski - Helio Pinto, Nuno Morais, Konstantinos Çaralambides, Efstathis Aloneftis - Selim Benaşur, Aldo Adorno.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
