22 avqust 2012 15:34
Azərbaycan çempionu çıxışını başa vurdu
Azərbaycan çempionu “Araz” Latviyada keçirilən futzal üzrə beynəlxalq turnirdəki çıxışını başa vurub. Azerisport.az xəbər verir ki, komandamız ilk oyunda qələbə qazansa da, bunun davamını gətirə bilməyib.
Belə ki, təmsilçimiz sonradan “Mapid” və “Nikars”a eyni hesabla məğlub olub – 2:3. Nəticədə, Joze Alesionun yetirmələri dörd komanda arasında üçüncü yeri tuta bilib.
