22 avqust 2012 15:57
Neftçi azarkeşlərini də yaddan çıxarmadı
23.08.2012-ci il tarixində "Dalğa Arena"da keçiriləcək "Neftçi" - APOEL matçını stadiondan izləmək istəyən azarkeşlər üçün də avtobuslar ayrılacaq. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, nəqliyyat vasitələri saat 17:00-dan etibarən metronun "Gənclik" və "Koroğlu" stansiyalarının qarşısından hərəkət edəcək. Futbolsevərlərin "Dalğa Arena"ya gediş-gəlişi pulsuzdur.
