22 avqust 2012 16:04
İnter Turanla oyuna hazırlıqları davam etdirir
Dünəndən etibarən “İnter” Premyer Liqanın 4-cü turu çərçivəsində “Turan” komandasıyla keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bu gün daha bir məşqin keçirilməsi planlaşdırılır.
Axşam məşqi “AZAL Arena”da baş tutacaq.
Qeyd edək ki, “Turan” - “İnter” matçı avqustun 25-də keçiriləcək. Oyun Tovuz şəhər stadionunda baş tutacaq.
