22 avqust 2012 16:12

“Neftçiyə hörmətlə yanaşmağa borcluyuq”

Kiprin APOEL klubunun yarımmüdafiəçisi Salim Benaşur Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sabah baş tutacaq görüş ərəfəsində öncə bunları dilə gətirib:

“Azərbaycan təmsilçisi ilə oyuna hazırlıqlarımız yaxşı keçir. Biz bilirik ki, Bakıda bizə asan olmayacaq. Rəqibə hörmətlə yanaşmağa borcluyuq. Çünki “Neftçi” öz ölkəsinin çempionu olan komandadı”.
 
Benaşurun sözlərinə görə, onlar hələ Bakıdakı qarşılaşmada necə oynayacaqlarını tam dəqiqləşdirməyiblər: “Biz hələ “Neftçi”yə qarşı necə oynayacağımızı tam bilmirik. Hər şeyə baş məşqçi qərar verir. O, hələ bizə hər şeyi başa salacaq. İndidən isə yalnız onu bilirik ki, bu oyuna tam məsuliyyətlə yanaşmalıyıq”.
 
Fransalı yarımmüdafiəçi oyunun süni örtüklü “Dalğa Arena”da keçirilməsinə də toxunub: “Oyunun süni örtüklü arenada keçirilməsi də bizim işimizi çətinləşdirən amillərdəndi. Çünki biz adətən təbii ot örtüyündə oynamağa alışmışıq. Ona görə də “sintetika”ya keçmək öz sözünü deyəcək”.
 
Lakin o, hər şeyə rəğmən, növbəti mərhələyə məhz komandasının yüksələcəyini bildirir: “İki həftədi ki, bu oyuna hazırlaşırıq. Meydanda yüz faiz gücümüzü qoymalıyıq. Ümid edirəm ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.