22 avqust 2012 16:20
Xəzər Lənkəran bu gün yeni hücumçusu ilə müqavilə bağlayacaq
Xəbər verdiyimiz kimi, yunanıstanlı hücumçu Dimitris Sialmas artıq “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, o, ötən gün bu komandanın heyətində ilk məşqə də çıxıb.
Bu gün isə o, “ağ-yaşıllar”la müqavilə bağlayacaq. Onunla 1 və ya 2 illik müqavilə bağlanılması gözlənilir.
Maraq üçün xatırladaq ki, Yunanıstan mətbuatı bu futbolçunun öncədən “Bakı”ya keçəcəyini iddia edirdi.
