22 avqust 2012 17:18
AFFA Xəzər Lənkəranla İnteri cəzalandırdı və hədələdi
AFFA İntizam Komitəsi “İnter” – “Xəzər Lənkəran” oyunu ilə bağlı qərar çıxarıb. Azerisport.az xəbər verir ki, komitə üzvləri oyundan sonra dava edən futbolçuları və klubları cəzalandırıb.
“İnter”dən İliya Kandelaki və Baçana Tsxadadze, “Xəzər Lənkəran”dan Elnur Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən “İnter” 4000 manat, “Xəzər Lənkəran” 2000 manat cərimələnib.
“İnter” canını bununla qurtara bilməyib. “Bankirlər” oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün 3000 manat cərimə olunub.
İntizam Komitəsi hər iki kluba xəbərdarlıq edərək, futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə onlara qarşı daha ciddi sanksiyaların olacağını qeyd edib.
