22 avqust 2012 17:24
Aftandil Hacıyevlə Qara Qarayev diskvalifikasiya olundu
AFFA İntizam Komitəsi “Sumqayıt”ın üzvü Aftandil Hacıyevlə “Qarabağ”ın oyunçusu Qara Qarayevi cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onların qırmızı vərəqə alması olub.
Azərbaycan Premyer Liqasının 3-cü turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Aftandil Hacıyev “Qarabağ”la oyunun 20-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb, Qara Qarayev isə 44-cü dəqiqədə əllə oyuna görə ikinci sarı vərəqə ilə cəzalanıb. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimə edilib.
