22 avqust 2012 17:53
Rəvanın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi “Rəvan”ın baş məşqçisi Elşad Quliyevi cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun “Bakı” ilə oyundan sonra hakimləri təhqir etməsi olub.
Bu səbəbdən Quliyev qarşıdakı 5 oyunda komandasına rəhbərlik edə bilməyəcək. Klub isə onun hərəkətinə görə, 2500 manat cərimə olunub.
Oyunun 20-ci dəqiqəsində “Bakı”nın futbolçusu Tural Qürbətovla “Rəvan”ın oyunçusu Orxan Orucov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar. Hər iki futbolçu 2 oyunluq cəzalandırılıb, klubları 1000 manat cərimələnib. Matçın 75-ci dəqiqəsində isə “Bakı”nın futbolçusu Azad Kərimov kobud oyuna görə ikinci sarı vərəqəni alıb və 1 oyunluq cəzalanıb. Klubu isə 100 manat cərimə edilib.
