22 avqust 2012 19:11
Julius Vobay: APOEL ilə oyun bizim üçün finala bərabərdi
“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay Avropa Liqasının pley-off mərhələsinin Kipr APOEL-i ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyunla bağlı nə düşünürsüz?
- APOEL böyük təcrübəyə malik komandadı. Amma biz kimə qarşı oynadığımızı bilirik. Çalışacağıq ki, bu səddi keçək. Hesab edirəm ki, şanslarımız heç də pis deyil.

- Siz də vaxtilə Kiprdə oynamısız. APOEL yadınızda necə qalıb?
- Bu, həmin ölkənin ən güclü komandalarındandı. Onlar hücum futbolu sərgiləyirlər. Buna görə də müdafiələrində çox vaxt müəyyən problemlər olur. APOEL haqda kifayət qədər məlumatımız var. Amma bunların hamısını mətbuata açıqlaya bilmərik. Ona görə də bildiklərimiz özümüzdə qalmalıdı. Əgər rəqibi yaxşı öyrənə bilmişiksə, bu, meydanda da özünü göstərəcək.

- APOEL Çempionlar Liqasında məğlub olduğunuz “Hapoel”dən güclüdü?
- Hər bir komandanın özünə görə üstünlükləri var. Amma səviyyə fərqinə görə kiprlilər daha güclüdülər.

- Bəs elə isə sizin şanslarınızı artıran məqam nə ola bilər?
- Bizim bu oyuna köklənməyimiz. Biz bu komandanı məğlub etmək istəyirik. Qoy bizə az adam inansın. Amma biz hər şeyin əksini meydanda göstərmək istəyirik. Bu oyun bizim üçün finala bərabərdi.

- “Qəbələ” ilə oyundan sonra yorğunluq hiss etmirsiz?
- Xeyr. Bu qələbə bizə çox lazım idi. İndi biz heç vaxt olmadığımız dərəcədə yüksək motivasiyaya malikik. Bunu APOEL-lə oyunda da göstərəcəyik.