22 avqust 2012 19:26
APOEL – Neftçi matçına 11 min bilet satılıb
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Kipr APOEL-i arasındakı cavab matçının bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq oyuna 11 mindən çox bilet satılıb.
Kipr mətbuatının yazdığına görə, bu göstərici oyun gününə qədər daha da artacaq. Onlar hətta bu matçda anşlaq olmasını da istisna etmirlər. Qarşılaşmanın oynanılacağı GSP Arena isə 23 min azarkeş tutumuna malikdi.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
