22 avqust 2012 20:18
“Bu oyun təkcə Neftçi yox, bütün Azərbaycan üçün əhəmiyyətlidi”
“Neftçi”nin futbolçusu Erik Ramos UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizi çətin oyun gözləyir. Bu oyun təkcə “Neftçi” yox, bütün Azərbaycan üçün əhəmiyyətlidi. Biz yeni tarix yazmaq istəyirik”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
