22 avqust 2012 20:34
Mahir Şükürov: APOEL-i ilk oyunda məğlub etmək lazımdı
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Son günlərdə rəqib komandanın bir neçə oyununa baxmışıq. APOEL taktiki və fiziki cəhətdən güclü komandadı. Çalışacağıq ki, baş məşqçinin sabahkı oyun üçün bütün tapşırıqlarını həyata keçirək. APOEL üzərində qələbə qazanmalıyıq”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
