22 avqust 2012 20:49
AEK Dimitris Sialmasın Xəzər Lənkərana keçidinə razılaşdı
Yunanıstanın AEK klubu nəhayət ki, Dimitris Sialmasın Azərbaycan klubuna keçidinə razılaşmalı olub. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bu futbolçu ilə müqavilənin ləğvinə qərar verib.
Bu barədə məlumatı AEK-in rəsmi saytı yayıb. Xatırladaq ki, klub rəhbərliyi onu heyətdə saxlamaq istəsə də, Sialmas özü komandadan getmək istədiyini bildirird. Sonda məhz hücumçunun dediyi həyata keçib.
Maraq üçün qeyd edək ki, Sialmasın öncə “Bakı”ya keçidi gündəmdə idi. Amma düənəndən ölkəmizdə olan futbolçu son anda “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulub.
