22 avqust 2012 21:05

Böyükağa Hacıyev: APOEL-i ilk oyunda 2:0 məğlub etsək, onları keçəcəyik

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“Bu, bizim üçün tarixi bir oyundu. Əgər bu mərhələni keçsək, Avroliqanın qrup mərhələsinə çıxacağıq. Hələ xəstəxanada olarkən APOEL-in oyunlarına baxırdım. Dəqiq deyə bilərəm ki, bu, çox güclü komandadı”.
 
Hacıyev bəyan edib ki, rəqibin güclü olmasına baxmayaraq, “Neftçi” müdafiə taktikası seçmək fikrində deyil: “Biz qapalı futbol oynamayacağıq. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. “Neftçi”nin yaxşı potensialı var ki, APOEL-i keçə bilsin. Əgər Bakıdakı oyunda 2:0 hesabıyla qalib gələ bilsək, kiprliləri keçəcəyik. Bu, çox ideal nəticə olardı. Həmçinin sabah Nikolas Kanalesin ümidlərimi doğruldacağına inanıram”.
 
Baş məşqçi müalicə olunduğu dövrdə onu əvəzləmiş Tərlan Əhmədovun fəaliyyətinə də toxunub: “Əhmədovu yaxşı məşqçilik karyerası gözləyir. O, məni əvəzlədiyi dövrdə heç bir səhv buraxmadı”.
 
Hacıyev İqor Mitreskinin yenidən komandaya qaytarılmasına, eləcə də Rail Məlikovun gedişinə də toxunub: “Mən klub rəhbərliyindən xahiş etdim ki, Mitreskini əsas heyətə qaytarsınlar. Onlar da mənim bu xahişimi yerinə yetirdilər. Bizə belə təcrübəli futbolçu çox lazım idi. Railin gedişinə gəlincə, onun əvəzində komandaya Mahir Şükürov gəlib. Ona görə də bu mövqe bizi narahat etmir”.
 
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.