22 avqust 2012 12:46
“Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”
Kiprin APOEL klununun futbolçusu Salim Ben Aşur UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz “Neftçi”ylə oyuna səylə hazırlaşırıq. Bilirik ki, bu oyun bizim üçün heç də asan olmayacaq. Onlar ötən mövsüm ölkə çempionatının ən güclüsü olublar. Həm də biz bu komandaya qarşı süni qazonda oynamalı olacağıq. Buna isə alışmağımız lazımdı. Tam olaraq bu oyuna köklənmişik. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
