23 avqust 2012 00:35
UEFA-dan Makedoniya klubuna sərt cəza
UEFA Makedoniyanın “Rabotniçki” klubuna ağır cəza verib. Azerisport.az xəbər verir ki, klub avrokuboklara vəsiqə qazanacağı qarşıdakı 4 il ildən birində qitə kuboklarına buraxılmayacaq.
Buna səbəb “Rabotniçki”nin iki futbolçusunda dopinq tapılmasıdı. Klub bundan başqa 30 min avro cərimə ödəyəcək.
“Lazio” ilə Avropa Liqası matçından sonra qanında qadağan olunmuş peraparatlar tapılan Milovan Petroviç və Dino Naydoski isə bir il futbol oynaya bilməyəcək. Komandanın həkimi Mixaylo İvanovski 2, fizioterapisti Darko Velçevski 3 il futboldan kənarlaşdırılıb.
Qeyl edək ki, “Rabotniçki” həmin oyunda 0:6 hesabı ilə uduzmuşdu.
