23 avqust 2012 11:19
Xəzər Lənkəran - Simurq matçı təxirə salındı
Peşəkar Futbol Liqası “Xəzər Lənkəran” – “Simurq” oyunu ilə bağlı xəbər yayıb. Azerisport.az xəbər verir ki, futbol qurumu bu qarşılaşmanın təxirə salındığını bəyan edib.
Açıqlamada bildirilir ki, Premyer Liqanın 4-cü turu çərçivəsində, avqustun 25-də baş tutmalı olan “Xəzər Lənkəran” – “Simurq” başqa tarixə keçirilib. Lakin həmin tarix açıqlanmayıb.
