23 avqust 2012 11:32
Flavinyo: APOEL-ə sürpriz etməyə hazırlaşırıq
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının pley-off mərhələsinin Kipr APOEL-i ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Böyükağa Hacıyevin komandaya dönüşündən sonra nə dəyişib?
- Oyunçular daha da ürəkləniblər. Biz baş məşqçimizə görə çox narahat idik. Şadıq ki, artıq onda hər şey qaydasındadı. Onun sıraya dönüşü bizim üçün böyük stimuldu. İlk oyunda onu qələbə ilə sevindirmək istəyirik.

- Sizcə, bu, nə dərəcədə realdı?
- APOEL-ə qarşı mümkün qədər yaxşı oynamağa çalışacağıq. Biz rəqibə sürpriz etməyə hazırlaşırıq. Əks halda belə komandaları mübarizədən kənarlaşdırmaq çətin olur. Düzdü, bizə heç də asan rəqib düşməyib. Amma itiriləsi bir şeyimiz də yoxdu.

- APOEL “Hapoel”dən güclüdü?
- Bunu oyundan sonra deyə bilərəm. Kağız üzərində mümkündü ki, APOEL daha güclüdü. Bilirəm ki, bu komandanı xüsusilə ötən mövsümdə Çempionlar Liqasındakı çıxışına görə güclü hesab edənlər var. Amma niyə biz də onların ötən mövsüm imza atdıqları sürprizləri təkrarlamayaq? İstənilən halda hər şey bizim özümüzdən asılıdı.

- Bu görüş ərəfəsində üzərinizdə psixoloji cəhətdən hansısa təzyiq hiss etmirsiz?
- Heç bir təzyiq yoxdu. Bilirik ki, tarix yaza bilərik. Bunu reallaşdırmaq istəyirik. Bütün ölkə bizi dəstəkləyir. Biz isə bu görüşü səbrsizliklə gözləyirik. APOEL-i keçsək, çox böyük müvəffəqiyyət qazanmış olacağıq.

- Bu görüşdə qonaqların favorit olması faktı ilə razılaşırsız?
- Kim belə düşünürsə, qoy buna davam etsin. Biz özümüz haqda düşünürük. Əgər özümüzə inanmasaq, öz oyunumuzu da sərgiləyə bilmərik.

- APOEL-in heyətində kimisə fərqləndirə bilərsiz?
- Onların heyətində təcrübəli futbolçular var. Amma kimisə xüsusi vurğulamaq düz olmazdı. Rəqib barədə bildiklərimiz özümüzdə qalsa, daha yaxşıdı. Sirrlərimiz barədə danışmaq istəmirəm.

- Hücum xəttindəki hər bir oyunçu kimi, sizin də üzərinizə böyük missiya düşür. Hazırsız?
- Hesab edirəm ki, bizim üçün qol buraxmamaq çox vacibdi. APOEL-in yaxşı qolçu hücumçuları var. Onları diqqətdə saxlamaq lazımdı. Bizi qol buraxmadığımız istənilən hesablı nəticə qane edir.