23 avqust 2012 11:53
Neftçinin AZAL-la matçının vaxtı dəyişdirildi
Peşəkar Futbol Liqası daha bir oyunun vaxtını dəyişib. Azerisport.az xəbər verir ki, 4-cü turun AZAL – “Neftçi” qarşılaşması başqa günə keçirilib.
Buna səbəb “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsində iştirakıdı. Bu gün APOEL klubunu qəbul edəcək paytaxt təmsilçisi ayın 25-də AZAL-ın, 5 gün sonra isə Cənubi Kipr klubunun qonağı olmalı idi. “Neftçi”nin müraciətini nəzərə alan PFL AZAL-la qarşılaşmanı avqustun 25-dən 26-sına keçirib.
Qeyd edək ki, bu turun “Xəzər Lənkəran” – “Simurq” oyunu da təxirə salınıb.
