23 avqust 2012 13:05
Rail Məlikov Qarabağda
“Neftçi”nin “Hapoel”lə (Kiryat Şmona, İsrail) oyunundan sonra heyətdən kənarlaşdırdığı Rail Məlikovun yeni ünvanı müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun sabiq kapitanı hazırda “Qarabağ”ın düşərgəsindədi.
Lakin bu, heç də onun Ağdam klubuna keçəcəyi anlamına gəlməməlidi. Rail sadəcə formasını itirməmək üçün bu komandanın məşqçilərindən belə bir xahiş edib. Nəticədə, razılıq alan futbolçu dünəndən etibarən baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında məşq edir. “Qarabağ” onun xidmətində maraqlı deyil.
Qeyd edək ki, Məlikov avqustun 31-dək özünə yeni klub tapa bilməsə, ən azı gələn ilin yanvar ayına qədər futbolsuz qalacaq. Belədə, onun Azərbaycan millisinə dəvət almaq ehtimalı da azalmış olacaq.
