23 avqust 2012 01:44
Chelsea əzmkar qələbəyə sevindi
Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü turun bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında bir neçə həftə öncəyə çəkilmiş oyunda “Chelsea” “Reading”i qəbul edib.
Qeyd edək ki, əslində 3-cü turun oyunları sentyabrın 1-də və 2-də keçirilməliydi. Bu həftənin sonunda isə 2-ci turun matçları baş tutacaq. Amma sözügedən komandalar bu görüşü məhz ötən gün keçirməyə qərar veriblər.
Qarşılaşmaya gəlincə, azarkeşlər əsl dramatik oyunun şahidi olublar. Hesabı meydan sahibləri açsalar da, sonradan qonaqlar əzmkarlıq nümayiş etdirərək, önə keçiblər. Amma sonradan “zadəganlar” yenidən toparlanaraq, hesabı xeyirlərinə dəyişiblər.
İngiltərə Premyer Liqası
3-cü turun oyunu
22 avqust
Chelsea – Reading – 4:2
Qollar: Lampard, 18-pen, Keyhill, 69, Torres, 81, İvanoviç, 90 – Poqrebnyak, 25, Quthrie, 29.
