23 avqust 2012 20:48
Azərbaycan Moldovadan qisasını aldı (YENİLƏNİB)
Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız yenə moldovalı həmyaşıdları ilə qarşılaşıb.
Qeyd edək ki, bu komandalar iki gün öncə daha bir oyun keçirmişdilər. Həmin qarşılaşmada meydan sahibləri 2:0 hesabıyla üstün olmuşdular.
Lakin bu dəfəki görüşdə Vəli Qasımovun yetirmələri həmin məğlubiyyətin qisasını almağı bacarıblar.
Yoldaşlıq oyunu
23 avqust
MOLDOVA - AZƏRBAYCAN - 0:3
