23 avqust 2012 13:37
CSKA və Chievonun sabiq üzvü Neftçidə (FOTO)
Azərbaycan çempionu “Neftçi” baxışa yeni futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, Cüzeppe Aquarodu.
İtalyan əsilli İsveçrə vətəndaşı artıq ölkəmizdədi. O, artıq beş gündü paytaxt klubunun düşərgəsindədi və komanda ilə birgə məşq edir.
Lakin hələlik onunla bağlı yekun qərar verilməyib. Əgər məşqçilər korpusu isveçrəli futbolçu ilə bağlı müsbət rəy versə, Aquaro ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Cüzeppe Aquaro 1983-cü ilin 21 mayında İsveçrənin Baden şəhərində dünyaya gəlib. O, 2002-2005-ci illərdə İtaliyanın “Foggia” (2002-2003, 1 oyun), “Melfi” (2003-2004, 1 oyun) və “Chievo” (2004-2005) klublarında çıxış edib. 2005-2007-ci illərdə İsveçrənin “Bellinzona” klubunun (55 oyun, 4 qol) şərəfini qorumuş Aquaro növbəti üç ildə “Vaduz” (2007-2008, 24 oyun, 1 qol) və “Aarau” (2008-2010, 44 oyun, 4 qol) klublarının formasını geyinib. 2010-cu ildə Sofaiya ÇSKA-sına (Bolqarıstan) üz tutan Cüzeppenin (19 oyun, 3 qol) son iş yeri Almaniyanın “Karlsruher” klubu olub. O, II Bundesliqada meydana çıxdığı 23 oyunda 2 qola imza atıb.
