23 avqust 2012 01:56
Yığmamızın forvardı oynamadı, komandası liderdən xal aldı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun formasını geydiyi “Metallurg” Latviya çempionatında növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 24-cü turu çərçivəsində “Daugava” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilib. Buna baxmayaraq, həmyerlimizin komandası çətin səfərdən bir xalla qayıtmağı bacarıb.
Təəssüf ki, son oyunlarda olduğu kimi, millimizin forvardı bu dəfə də oynamayıb. O, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, Liepaya klubu hazırda 23 oyundan sonra 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Daugava” isə 51 xalla 10 komanda arasında birincidi.
Latviya çempionatı
24-cü tur
22 avqust
Daugava - Metallurg – 0:0
