23 avqust 2012 13:56

Subaşiç: Çox istərdim ki, Neftçinin APOEL üzərində qələbəsini görüm

“Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində “Neftçi”nin Avropa Liqasındakı şanslarını dəyərləndirib.
 
- Yəqin ki, “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibini – Kipr APOEL-ini Azərbaycanda sizdən yaxşı tanıyan olmaz...
- Ola bilsin ki, elədi. Çünki üç il öncə “Crvena Zvezda”nın heyətində bu komandaya qarşı oynamışam. İlk oyunda biz səfərdə 2:2 hesablı heç-heçəyə nail olduq. Cavab oyununda da eyni nəticə təkrarlandı. Əlavə vaxtda isə hesab 3:3 oldu və kiprlilər mərhələ adladılar. Onda biz son saniyələrdə qol buraxdıq.
 
- Həmin oyunlarda siz də qol vurmuşdunuz...
- Cavab oyununda gözəl qol vurdum. Amma təəssüf ki, digər qollar kimi, həmin qolun da komandaya faydası olmadı. Bizi o vaxt bu nəticəyə görə çox güclü tənqid etdilər. APOEL-in yüksəliş dövrü məhz həmin vaxtdan başlayıb. Bu, çox ciddi rəqibdi.
 
- “Neftçi”nin şanslarını necə dəyərləndirirsiz?
- Hər şey baş verə bilər. Çox çətin olacaq. İlk növbətə güclü motivasiya lazımdı. Xüsusilə ilk oyunda münasib nəticənin qazanılması önəmlidi.
 
- Siz hansı nəticəni münasib hesab edirsiz?
- İstənilən hesablı qələbə. Baxmayaraq ki, 2:1 o qədər də münasib nəticə sayılmır. Çünki səfər oyununda güclü təzyiq olacaq. Çünki onların həm azarkeşləri, həm də futbolçuları məğlubiyyətin əvəzini çıxmaq üçün hər şeyi edəcəklər. Stadionları heç də balaca deyil. Öz meydanlarından çox yaxşı oynayırlar. Hava şəraiti də isti olacaq.
 
- Bakılılar ilk oyunda necə oynamalıdılar?
- Birinci növbədə rəqibdən çəkinməmək lazımdı. Hücumda aqressiv oynamaq lazımdı. İstənilən halda itiriləsi heç nə yoxdu. Amma müdafiədə də ehtiyatlı olmaq vacibdi.
 
- Rəqibin avrokubok təcrübəsinin çox olması sözünü deyə bilər?
- Şübhəsiz ki, bu, kiçiç amil deyil. Ötən mövsüm bu komanda Çempionlar Liqasında böyük uğurlar qazandı. Hansı ki, bizim klublar hələ elə səviyyədə oynaya bilmirlər. Mən çox istərdim ki, bakılıların bu komanda üzərində qələbəsini görüm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.