23 avqust 2012 14:08
Berti Foqts UEFA-nın tədbirində
Sentyabrın 22-dən 24-dək Polşanın paytaxtı Varşavada UEFA-nın təşkilatçılığı ilə Avropa ölkələri mili komandalarının məşqçilərinin 10-cu Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan yığması da təmsil olunacaq.
Belə ki, Azərbaycan mili komandasının baş məşqçisi Berti Foqts həmin tədbirdə iştirak edəcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
