23 avqust 2012 02:14
Neftçi APOEL-i Bakıda məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin Kipr APOEL-i ilə ilk oyunu necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə tanış olun.
Beləliklə, sorğuya qatılanların əksəriyyəti Bakıdakı qarşılaşmada məhz “Neftçi”nin qələbə qazanacağını proqnozlaşdırır. Respondentlərin 52 faizi (777 səs) məhz bu variantın mümkünlüyünü bildirib.
Görüşün heç-heçə bitəcəyinə 10 faiz (145) səs verilib. Yerdə qalan 38 faiz (566 səs) isə APOEL-in qalib gələcəyini düşünür.
