23 avqust 2012 15:06
APOEL-in prezidenti: Bizə qarşı türk və ya müsəlmanların oynamasının fərqi yoxdu
Kiprin APOEL klubunun prezidenti Fivos Erotokritu UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Bizim Bakıya uçuşumuz uğurlu alındı. Hər şeydən razıyıq. Komandada atmosfer yaxşıdı. Əminəm ki, Bakıda yerli komandaya qarşı oyunumuz çətin olacaq. Çətin olsa da, qələbə qazanacağıq”.
O, azərbaycanlı və türkiyəli azarkeşlərin mümkün təxribatlarından da danışıb: “Mən siyasətçi deyiləm. Bununla məşğul olmaq fikrim də yoxdu. Mən futbol klubunun prezidentiyəm. Komandada 2-3 yunan futbolçu var, qalanları braziliyalı, portəgiz və başqa millətlərdi. Hansısa təxribatdan danışmaq səfehlikdi. Biz öz futbolumuzu oynamağa çalışacağıq. Bizə qarşı türk və ya müsəlmanların oynamasının fərqi yoxdu”.
