23 avqust 2012 15:45
Rəşad Sadiqov: Minimum iki qol vurmaq istəyirik
“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” APOEL ilə oyuna nə dərəcədə hazırdı?
- Biz hazırlığa bir həftə öncədən başlamışıq. “Qəbələ” ilə çempionat oyunu da bizim üçün hazırlığın bir hissəsi idi. Rəsmi oyunda qələbə qazanmaq, özümüzü yaxşı tərəfdən göstərmək istəyirdik. Yaxşı ki, qələbə qazandıq. Bu qələbə bizə əminlik qazandırdı. Kipr klubu bu mövsüm oynayacağımız ən çətin rəqib sayıla bilər.

- Bilirsiz ki, “Qəbələ” ilə oyununuzu APOEL rəsmiləri də izləyirdilər?
- Bəli. Amma böyük hesabla qələbə qazansaq da, mən deməzdim ki, biz nəyə qadir olduğumuzu tam göstərdik.

- İlk oyundan nə gözləmək olar?
- Əsas qol buraxmamaq şərtilə rəqib qapısına mümkün qədər çox top vurmaqdı. Əminəm ki, komandamız bütün oyun boyu hücum edəcək. Biz onlara açıq futbol təklif edəcəyik. Evdə oynayacağımız üçün onlardan heç bir qorxumuz yoxdu. Axı azarkeşlərimizin gözü qarşısında oynayacağıq. Minimum iki qol vurmaq istəyirik.

- Hücum futbolu çox riskli olmayacaq ki?
- Bizə ilk oyunda müsbət nəticə qazanmaq lazımdı. Buna görə də, risk etməyə dəyər. Bizim müdafiəçilərimiz rəqibin hücum xəttini zərərsizləşdirə bilər. Hücumçularımız isə ələ düşən şanslardan maksimum yararlanmalıdılar. Əgər qələbə qazanmasaq, səfərdə işimiz çox çətin olacaq. APOEL evdə daha yaxşı oynayır.

- Kipr klubunun ötən mövsüm Çempionlar Liqasındakı uğurlarından yəqin ki, xəbəriniz var...
- Bəli, bunu bilirik. Onlar səfərdə hətta Madrid “Real”ına da iki qol vurmuşdular. Hər bir komandanın uğurlu mövsümü olur. Amma APOEL-in bütün uğurları keçmişdə qalıb. Bu komanda həm heyətini, həm də öz oyununu dəyişib.

- “Neftçi”nin mərhələ adlamaq şanslarını necə qiymətləndirirsiz?
- Kifayət qədər yüksək. Əgər kimsə APOEL-i cütün favoriti sayırsa, yanılır. Düzdü, onların səviyyəsi yüksəkdi. Amma biz də avrokuboklarda ilk dəfə oynamırıq.