23 avqust 2012 15:54
Simurq Xəzər Lənkəranla oyunun təxirə salınmasına etiraz edir
“Simurq”un icraçı direktoru Vaqif Əliyev “Xəzər Lənkəran”la Premyer Liqanın 4-cü turunun oyununun təxirə salınmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Lənkəran şəhər stadionundakı təmir işləri ilə əlaqədar onlar bizimlə neytral meydanda oynamaq istədiklərini bildirdilər. Biz buna razılaşmışdıq. Amma oyuna iki gün qalmış dedilər ki, oyun Zaqatalada keçirilsin. Biz buna da razılıq verdik. Bu gün isə bizə məlumat gəldi ki, oyun qeyri-müəyyən vaxta qədər təxirə salınıb. “Simurq” buna razılığını verməyib. Biz bu oyunun təxirə salınmasının əleyhinəyik”.

Qeyd edək ki, bu qarşılaşma avqustun 25-də Lənkəranda keçirilməli idi.