23 avqust 2012 20:55
Neftçi - APOEL matçı öncəsi dava düşdü
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – APOEL matçı öncəsi qalmaqal yaşanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun azarkeşləri ilə polislər arasında dava düşüb.
Maraq üçün qeyd edək ki, sözügedən münaqişədə hətta “Neftçi”nin rəsmiləri də iştirak ediblər. Belə ki, hətta “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov da davaya qoşulmalı olub. Lakin klub prezidenti Sadıq Sadıqovun olaya müdaxiləsindən sonra ara sakitləşib.
Münaqişənin baş vermə səbəbləri isə hələlik bəlli deyil.
