23 avqust 2012 19:13
Konsert proqramının vaxti dəyişdirilib
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Azerisport.az xəbər verir ki, avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb.
Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Bununla əlaqədər, Gəncə şəhərinin Azadlıq meydanında bu gün keçiriləcəyi nəzərdə tutulmuş konsert proqramı 23 avqust deyil, 24 avqust saat 20:00-a keçiriləcək.
