24 avqust 2012 12:15
Azərbaycan - İsrail matçına biletlər satışa çıxarıldı (FOTO)
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu İsrail yığmasına qarşı sentyabrın 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Azerisport.az xəbər verir ki, artıq bu oyunun biletləri satışa çıxarılıbı.
Biletləri stadionun kassalarından, Park Bulvar və Metro Park satış nöqtələrindən ala bilərsiniz. Sektorlara uyğun olaraq qiymətlər barədə sxemdə ətraflı məlumat verilib.
