24 avqust 2012 12:31
Bruno Bertuççi: Göstərdik ki, APOEL-i keçə bilərik
“Neftçi”nin futbolçusu Bruno Bertuççi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri ilk oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bakıda baş tutan və 1:1 bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bakıdakı oyunun nəticəsi bizi qane etmədi. “Neftçi” bu görüşdə qələbə qazanmağa borclu idi. Çünki biz rəqibdən daha yaxşı və üstün futbol sərgilədik. Əminəm ki, azarkeşlər gördükləri futboldan razı qaldılar. Bizim hələ uğur qazanmaq şansımız qalır. İlk oyunda da göstərdik ki, Kipr klubunu keçə bilərik. Buraxılan qola gəlincə, bunda günahkar axtarmağı lazımsız hesab edirəm. Özümə gəlincə, oyunumdan razı qaldım. Amma gələcəkdə daha yaxşı oynamağa çalışacağam”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı cavab qarşılaşması avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
